Ümumi məlumat
Rotasion KE dırmığı kotandan sonra və yumşaldılmış torpaqda mulçlanan əkin üçün son dərəcə yaxşı işləyir. Rotasion dırmıq ikiqat gücləndirilmiş çərçivə, dişlər üçün dayaqları olan və bir bütün şəklində hazırlanmış rotorlu vallar və dişlərin yaylı dayaqları sayəsində qeyriadi möhkəmliyə malikdir. Çərçivənin böyük hündürlüyü, tam hamar dibi və uzun dişləri sayəsində böyük boşluq yaranır və hətta son dərəcə böyük saman və ya torpaq yığınından problemsiz keçməyə imkan verir.
KE Special – aşağı çəkidə yüksək möhkəmlik!
140 a.g.-dək traktorlar üçün KE Special dırmığı ideal həll yolu olacaq: yüngül və eyni zamanda çox möhkəm. 3 m tutma eni ilə KE Special dırmığının çəkisi cəmi 850 kq-dır, dişli vərdənə və AD toxumsəpici başlığı ilə əkin kombinasiyası isə cəmi 1900 kq-dır.
KE Super – möhkəm və dözümlü aqreqat
Yüksək tələbləri olan müasir təsərrüfatlar üçün KE Super dırmığı uyğun maşındır. Möhkəmliyi hesabına çətin şəraitlərdə uzunmüddətli istismar üçün yararlıdır. KE Super dırmığı gücü 180 a.g.-dək olan traktorlarla əkin kombinasiyasında uyğunlaşır.
Model |
İşin eni (m) |
Maksimum tələb olunan güc (a.g) |
Tələb olunan güc (a.g) |
Rotorların sayı |
Dişlərin sürət (dövr/dəq) |
Transport eni(m) |
KE 3000 Super |
3,0 |
150 |
110-130 |
10 |
282/373 |
3,00 |
KE 3500 Super |
3,5 |
150 |
120-140 |
12 |
3,50 |
|
KE 4000 Super |
4,0 |
150 |
130-150 |
14 |
4,03 |