Perrot şlanqlı suvarma sistemləri sırasında sifarişçilərin fərdi tələblərinə cavab verən çoxlu sayda müxtəlif modellər nəzərdə tutulub.
Perrot keyfiyyət sistemləri
- Avadanlıq möhkəmliyi və uzunömürlülüyü ilə fərqlənir.
- Şassi və rama böyük yükə dözümlüdür və sinklənmiş poladdan hazırlanır.
- Boyanmadan əvvəl poliuretan baraban qumlamaya məruz edilir və astarlanır.
- Polietilen avadanlığın istehsal olunduğu yerdə 100% ilkin xammaldan istehsal olunur.
- Paylayıcı karet zəncirli ötürücü ilə təchiz olunub.
- Sürətin və suvarma intensivliyinin tənzimləyicisi istifadədə və idarəetmədə sadədir.
- Sistem xüsusi klapanın köməyi ilə söndürülə bilər.
- Ehtiyat hissələrinə minimal tələbat.
Perrot turbini
- Bazarda ən effektiv turbindir.
- Dövrələmə elektrik mühərriklə tənzimlənən güclü turbindir.
- Aşağı sürət şəraitində dövrələmə praktiki olaraq açıqdır və axının böyük hissəsi turbindən keçməyərək, bilavasitə su topuna dolur.
- Yüksək sürət şəraitində (yaxud işə salma zamanı) dövrələmə avtomatik olaraq bağlanır və axının böyük hissəsi turbindən keçərək sürəti və ötürülmə gücünü artırır.
- Təzyiq itkisi minimaldır.
- Optimal sürət şəraitində işin effektivliyinin artırılması üçün turbin dörd sürətli reduktorla təchiz olunub.
Sadə və təhlükəsiz istismar
- Turbinin konstruksiyası fermerin tələbatına cavab verir.
- Su topu üçün kareti tutan avtomatik qurğu stabilizatorlarla və mexaniki fırlanma vasitəsilə təchiz olunub (TR10, TR20 və TR25 sistemlərinin konstruksiyasında).
- Bütün sistemlərin konstruksiyasında hidravlik karet tutma qurğusu və mexaniki fırlanma vasitəsi var.
- Baraban şassinin üzərində 320° (TR10, TR20 və TR25 istisna olmaqla, bütün sistemlərin konstruksiyasında).
- Hər bir sistemdə avtomatik baraban tormoz nəzərdə tutulub.
- Çevirmə ramasında asan istismarı və sistemin dəqiq işini təmin edən hidravlik idarəetmə sistemləri var.
- Etibarlı bərkitmə sistemində 2 müstəqil stabilizator nəzərdə tutulub.
- Sistemlər AB-nin maşın avadanlıqları üzrə 2006/42/CE Direktivlərinin tələblərinə uyğundur.