DRAKKAR JOSKIN ən müxtəlif yük növlərinin (senaj, taxıl, çuğundur, kartof və s. ) üçün universal qoşqudur: Qoşqunun öz çəkisi UB-şüalanmaya qarşı emal edilmiş polietilendən hazırlanan yan divarlar sayəsində əhəmiyyətli dərəcədə azaldılıb. Bunun sayəsində yük daşıma qabiliyyəti artırılmışdır.
DRAKKAR sistemi
DRAKKAR konsepsiyası sənayedə istifadə üçün yükü daşıyan germetik zolaqlı transportyora əsaslanır. Yüksək möhkəmliyə malik bu transportyor banın arxasında yerləşən və 2 hidromühərrikdən ötürücüyə malik vala dolanır. Boşaltma zamanı transportyorla birləşən frontal divar arxa istiqamətdə hərəkət edir və məhsulun boşaltılması zamanı onu sıxmadan kömək edir. Boşaltma zamanı kompakt təpəcik yaranacaq. 10 mm qalınlığında şəffaf pleksiqlasdan hazırlanan ekran yükləmə və boşaltma zamanı üstün görmə sahəsini təmin edir. Ön divarın önə qaytarılması əməliyyatı konstruksiyanı banın ön hissəsinə qaytaran zəncirlə birləşmiş hidravlik mühərrikin köməyi ilə həyata keçirilir.
Böyük açılma bucaqlı arxa bort
Boşaltma banın üzərindəki arxa qapının əhəmiyyəli qalxması (40 sm) sayəsində asanlıqla və tıxac yaranmadan yerinə yetirilir. Bağlamaq üçün daşınmalar zamanı qapının təsadüfən açılmasının qarşısını alan hidrosilindrli qapayıcı mexanizmdən istifadə olunur. Qapıya quraşdırılmış "İşçi gedişin sonu" datçiki qapının tam açıq olması şərtilə transporterin işə salınmasına icazə verən elektrik siqnalı göndərir. Bəzi situasiyalarda qapı tam açıq olmamalıdır və ya qapı bağlı olduqda məhsulu arxa toxum qapısından boşaltmaq lazımdır. Bu məqsədlər üçün qoşquda transporteri önə və arxaya itələmək üçün iki idarəetmə qutusu var.
Kürəkciklər
Arxa hissədə transportyora yapışmış yük qalıqlarını təmizləyən kürəkciklər quraşdırılıb (aşağı və yuxarı). Banın ön hissəsində yerləşən kürəkciklər platforma ilə transportyor zolağı arasında yad əşyaarın yığılmasının qarşısını alır.
Bir əvəzinə 3 toxum qapısı
Standart komplektasiyada dəqiq və tez boşaltmanı təmin edən üç toxum qapısı quraşdırılıb. Transportyorun önə və ya arxaya hərəkətinin idarə edilməsi, eləcə də qapının kiçik bucaqla açılması üçün banın arxa hissəsində iki idarəetmə qutusu yerləşir.
Hidravlik qoyma bortlar
DRAKKAR qoşquları hərəkətsiz və ya hidravlik qoyma bortlarla təchiz edilə bilər. Hidravlik bortlar yükləmə prosesini asanlaşdırır və yükün düşmə hndürlüyünü azaldır. Modeldən asılı olaraq müxtəlif avadanıq təklif edilir: sağ və ya sl bortun müstəqil idarəetməsi, 4 dərəfdən qoymalar, açılan bortlar.
Any questions?
Call center: *3131
Just give us a call or send us your inquiry. Our managers will contact you as soon as possible and inform you about all the issues that interest you.
An error occurred while processing your request
Please try again later . Sorry for the inconvenience.