CLAAS ORBIS 600 qarğıdalıbiçən maşını — dünya səviyyəsində çoxillik praktiki təcrübənin və innovativ CLAAS texnologiyalarının birləşməsidir. Bütün tətbiq edilən texnlogiyaların başında konstruksiya və ötürücü sistem durur:
- Ötürücünün asan gedişi aşağı işəsalma momenti və minimal istifadə olunan güclə təmin edilir.
- Biçən maşından saplaqlı kulturaların yığılması üçün istifadə imkanı.
- İstənilən iş şəraitlərində yüksək məhsuldarlıq.
- Aşağı texniki xidmət xərcləri.
- Yüksək keyfiyyətli yığma.
- ORBİS 600 biçən maşınının qiyməti aşağı seqmentli aqreqatların qiyməti ilə müqayisə edilə bilər.
Yüksək səmərəli yığma
CLAAS maşınının yüksək xüsusiyyətləri biçmə prosesini maksimal olaraq optimallaşdırmağa imkan verən güclü təchizata əsaslanır.
- Artırılmış tutma eni. Konstruksiya və ötürücünün dəyişiklikləri ORBIS 600 modelində tutma enini 6 m-dək artırmağa imkan verir. Mərkəzi kilidin köməyi ilə biçmə maşını JAGUAR cərgəsinin kombaynları ilə etibarlı olaraq birləşir. Tezaçılan mufta qüvvətin ötürülməsini asanlıqla həyata keçirir.
- Optimal kultura yığımı. Kəsilmiş kütlə tam olaraq daşıyıcı disklərlə götürülür və maşının arxa hissəsindəki kanallarla kombayna itkisiz ötürülür.
- Kompakt konstruksiya. Böyük görüş bucağı və kiçik ox yükü maşının idarə edilməsini asanlaşdırır. Dar döngələrdə manevrləmə üçün konstruksiyanın uzunluğu maksimal olaraq qısaldılmışdır.
- İstifadə olunan gücün azalması burucu momentin ORBİS taxmasına mexaniki ötürülməsi sayəsində baş verir.
- Aşağı yanacaq sərfi.
- Ötürücünün bütün elementləri etibarlı müdafiə altındadır.
- Tam yüklənmiş cihazın işə salma və reversləmə zamanı saz işləməsi.
- Yığılmış qarğıdalı üçün şneklər bir-bir işə düşür və sönür və beləliklə yem kütləsinin optimal axınını təmin edir.
- Üç-mərhələli sürət qutusu sayəsində fırlanma tezliyinin çevik tənzimlənmələri.
- Bütün ötürücü modullarının rahat və sadə idarəetmə sistemi.
Maşının ötürücüsünün xüsusiyyətləri