CLAAS TUCANO 320

Təsvir

Hər bir kənd təsərrüfatı müəssisəsi fərdidir, hər birinin öz strukturu, özünün istehsal həcmi, öz üstünlükləri var və daim yeni tələblər irəli sürür. Çox vaxt texnika parkına malik yığım dəstələrinin, iri və xırda fermer təsərrüfatlarının tələbləri arasında böyük fərq olur. CLAAS bu zəncirdə yeni birləşdirici həlqəyə çevriləcək taxılyığan kombaynı təqdim edir: TUCANO – CLAAS kombaynları proqramında yuxarı orta sinfin premium-seqmentidir.

 

Taxıl döyümü və separasiya: bu məsələlərdə yüksək keyfiyyətli taxıldöyən bütün ağla gələn şəraitlərdə daim yüksəklikdə olmalıdır. Bunun əsaslı sübutunu yenə də klassik CLAAS taxıldöyəni təqdim edir. Ondan nəyin istəniləcəyi önəmli deyil: onun çoxşaxəliliyi taxıldöyən barabanın 1,58 m tam enində, həm də 1,32 m enində özünü göstərir.

Taxıldöyən barabanın altında yerləşən MULTICROP baraban altlığı onun ayrı-ayrı seqmentlərini asanlıqla dəyişməyə imkan verir. Siz baraban altlığını müxtəlif bitkilərə, növlərə və yetişmə dərəcəsinə görə uyğunlaşdıra və nəticədə təmiz taxıl döyümünün, məhsulla ehtiyatlı davranışın və yüksək effektivliyə malik separasiyanın optimal birləşməsini əldə edə bilərsiniz.

Cəmi 4,40 metrdə təmiz separasiya. 

Küləş bərabər axınla aşağıdan açılmış, demək olar ki, bütün qalıq taxılın etibarlı şəkildə ayrılmasını təmin edən, 4,4 metr uzunluqda küləşayırandan keçir. Ayrıca yuvarladıcı lövhə onu silkələyici lövhəyə yönəldir. Belə sistem hətta böyük həcmdə küləşi emal etməyə imkan verir. Küləşayıranın hər bir klavişinin üstündə, bir-birinin ardınca lingli ötürücüyə malik iki dırmıq yerləşir. Onlar, küləşi yuxarıdan yumşaltmaqla, onun nazik qatla paylanmasına və küləşayırandan bərabər şəkildə keçməsinə imkan yaradır. Nəticə: qalıq taxıl küləşdən əziyyətsiz ayrılır və küləşayıranın örtüyündən yuvarladıcı lövhəyə düşür. Hazırlama dibində taxılın (aşağıda), samanın və qısa kəsilmiş küləşin (yuxarıda) ilkin ayrılması  baş verir. Bu zaman yuxarı xəlbirin boşalması təmizləmə məhsuldarlığını artırır.

Taxıldöyən, separasiya və təmizləmə sistemlərində emal olunduqdan sonra qüsursuz keyfiyyətə malik taxıl  9000 l həcmdə bunkerə verilir. Bunker yeni həcm standartlarına malikdir və bir sıra üstünlükləri ilə xarakterizə olunur:

TUCANO-da quraşdırılmış Mercedes-Benz mühərriki Stage IIIB (Tier 4i) işlənmiş qazların zəhərlilik standartının tələblərinə cavab verir.

Tozun avtomatik sorulması ilə gücləndirilmiş soyutma sistemi.

TUCANO-nun hidravlik həcmli transmissiyası çoxfunksiyalı coystikin köməyi ilə asan idarə olunur. Belə rahat idarəetmə sxemi daha sürətli dönmələr və hərəkət sürətinin dəyişən istismar şəraitinə uyğun tənzimlənməsi hesabına məhsuldarlığın dərhal artmasına imkan yaradır. Əlavə imkan: tam ötürücü. Sadəcə knopkanın basılması ilə yüksək gücü işə salmaq olar, bu da hətta ən ağır şəraitlərdə əminliklə irəli hərəkət etməyə imkan verəcək.

 

Ekstra rahat idarəetmə

Yuxarı sinfə aid kombaynlara xas rahat və etibarlı idarəetmə imkanı indi TUCANO-da da mövcuddur. CLAAS şirkətinin işləyib hazırladığı böyük monitorlu CEBIS elektron bort informasiya sistemi hər şeyi asanlıqla nəzarətdə saxlamağa imkan verəcək. Məlumatladırma, qeydiyyat, idarəetmə, nəzarət: CLAAS şirkətinin CEBIS sistemi sayəsində kombaynçı TUCANO-nun işinə aid ən vacib məlumatı zəmanətli şəkildə alacaq. 8,4 diaqonallı rəngli CEBIS monitoru duruşunun fərdi şəkildə tənzimlənməsi sayəsində ideal görünmə imkanını təmin edir. Şarlı şarnirin köməyi ilə monitorun duruşunu mexanizatorun istəklərinə uyğun tənzimləmək olar: mailliyi, eninə və uzununa duruşu tənzimlənir. Cari proseslərə və vəziyyətlərə nəzarət üçün displeyə bir baxış yetir – hərəkət və ya iş rejimi haqqında bütün mühüm məlumat ekrana çıxarılır. Xəbərdarlıqlar akustik siqnalla, həmçinin müvafiq mətnli optik simvolla müşayiət olunur.

Sürücü kreslosunun sağ qoltuqaltına yerləşdirilmiş çoxfunksiyalı coystik TUCANO kombaynında idarəetmə və iş rahatlığını təmin edən əsas elementdir. CMOTION coystiki məxsusi olaraq sağ əl üçün işlənib hazırlanıb. Üç barmaqla idarəetmə konsepsiyası bir çox idarəetmə elementləri ilə intuitiv işləmək imkanı verir və eyni zamanda qolun vəziyyətinin daim dəyişdirilməsinə məcbur etmir.

 

Yüksək rahatlıq səviyyəsi

Diqqətin yalnız işə yönəldilməsi. Daha heç nə sizi əsas işdən ayırmayacaq: TUCANO-nun mərkəzi idarəetmə paneli tələb, istək və imkanlara uyğun tənzimlənir və eyni zamanda bütün istiqamətlərdə gözəl görünüş sahəsini təmin edir; bundan başqa, bir sıra digər üstünlükləri verir. siz yüksək erqonomik iş yerini əldə edirsiniz və bu, gündəlik məhsulun xeyli artırılmasına imkan verir.

İşıqlandırma sistemi gecə işləyərkən maksimal görünməni təmin edir.

Texniki xarakteristikalar / Qiymət

Mühərrikin gücü 150/204   a.g

Çənin tutumu  6500 litr

Qarışdırma sistemi  Sürətləndirici Thresher (APS)

Barabanın diametri 450 mm

Tuşların / rotorların sayı         6

Taxıl boşaltma sürəti 90 litr / san

Hava kompressorunun mövcudluğu  mövcuddur

Barabanın eni 1320  mm

Ümumi süzgeç sahəsi         4.25 m2

Yakıt tankı tutumu   650 l