az ru Zəng mərkəzi
*3131

“4S” şirkətinin müştəriləri Qazaxıstanda FOCUS CAMP-da iştirak etdilər

10/09/2018

 “4S” şirkətinin müştəriləri FOCUS CAMP-da – ilk dəfə olaraq Qazaxıstanda CLAAS şirkətinin Almaniyadakı mərkəzi akademiyasından olan mütəxəssislər tərəfindən keçirilən diler mərkəzləri əməkdaşlarının və son müştərilərin peşə hazırlığının artırılmasına yönəlmiş tədbirdə iştirak etdilər. Təlimdə həmçinin Şyuçinsk şəhər Ekologiya və meşə təsərrüfatı kollecinin tələbə və müəllimləri iştirak etmişdir. CAMP, CLAAS-ın Qazaxıstandakı rəsmi idxalçısı olan “ST AQRO” şirkətinin dəstəyi ilə, Zerendinsk rayonunun Akmolinsk vilayətinin “Dixan +” MMY-nin təsərrüfatı bazasında təşkil edilmişdir.   


Müntəzəm olaraq Almaniyada keçirilən CLAAS FOCUS CAMP tədbirlərinin əsas vəzifəsi CLAAS texnikasının potensialının maksimum üzə çıxarılmasıdır. Tədbirin proqramı çox vaxt iki hissədən – nəzəri və təcrübi hissədən ibarət olur. Əvvəl şirkətin ekspertləri CLAAS-ın ən yeni işləmələri və proqram məhsulları haqqında məlumat verir, sonra iştirakçılar əldə etdikləri bilikləri texnikanın maksimum effektiv istismarı bacarıqları şəklində yaddaşda möhkəmləndirirlər. Diler mərkəzlərinin əməkdaşları iki gün ərzində, şirkətin müştəriləri isə bir gün ərzində təlim keçirdilər. 


Kuropatkino kəndində keçirilən CAMP-da Qazaxıstan və Azərbaycandan olan 30 yaxın aqrar şəxs, 25 tələbə və CLAAS-ın MDB-dən olan diler strukturlarının 50-dən artıq əməkdaşı, rəhbərlərinin tövsiyələrini nəzərə alaraq, müstəqil şəkildə, CONVIO 1080, CERIO 930 və VARIO 770 taxılbiçən maşınları ilə təchiz edilmiş LEXION 670, TUCANO 580 və TUCANO 430 kombaynları ilə arpa və buğdanın yığımını həyata keçirdilər.  Qeyd edək ki, yığım şəraiti mürəkkəb olmuşdur: böyük yağıntılar səbəbindən taxıl döyümü bəzi günlərdə 20% hava rütubəti şəraitdə aparılırdı. Buna baxmayaraq, ekspertlərin sazlamaları sayəsində APS sistemi son dərəcə effektiv iş nümayiş etdirdi, və bütün iştirakçılar bunkerdəki taxılın “müstəsna” keyfiyyətə malik olduğunu qeyd etdilər. 

Tədbir zamanı həmçinin  CLAAS traktorları ilə aparılan işə xüsusi diqqət yetirilmişdir. Torpaqbecərmə və yem tədarükü alətlərinin geniş spektrinə malik  XERION 4500, AXION 950, AXION 920, AXION 850, və ARION 640 modelləri, o cümlədən ROLLANT 340 RF rulonlu press-sünbülyığanı və tayların götürülməsi üçün istifadə edilən SCORPION 7035 teleskopik yükləyicisi təqdim edilmişdir.


İş “çöl” gününün sonunda iştirakçılar TELEMATICS sistemində hazırlanmış nəticələrlə bağlı hesabatlar alıb, onları CLAAS ekspertləri ilə müzakirə edirdilər.


Analoji tədbir Qazaxıstan Respublikasının “Kənd təsərrüfatının mexatroniki” adlı yeni peşənin yaradılması üzrə dövlət proqramında iştirak edən dual təhsil layihəsinin və Şyuçinsk şəhər Ekologiya və meşə təsərrüfatı kollecinin həm müəllimləri, həm də tələbələri üçün təşkil edilmişdir. Bu ixtisas CLAAS traktorları və kombaynları kimi, idarə etmə və avtomatlaşdırma üzrə kompüter sistemləri ilə təchiz olunmuş avadanlıq və maşınların istismarı üçün mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. 


 “CLAAS texnikasının qiymətinin yüksək olması – müştərilərimizdən çox tez-tez eşitdiyimiz bir fikirdir. Lakin, maşınların potensialını heç olmasa 80% üzə çıxartsaq, görərik ki, bu tamamilə yanlış bir təəssüratdır. Traktor və kombaynların istifadəsi ilə bağlı standart səhvləri və daha geniş yayılmış təcrübələri bilərək biz FOCUS CAMP-da aqrarlara və diler mərkəzləri əməkdaşlarına məhz CLAAS texnikasında həyata keçirilməsi mümkün olan effektiv həlləri öyrənməyə kömək edirik. Bununla əlaqədar olaraq diler strukturlarının əməkdaşları qarşısında mexanizatorlarla müqayisədə daha mürəkkəb vəzifə durur. Əməkdaşlarımız yalnız CLAAS məhsulunun rəqabət üstünlüklərini bilməli deyil,eyni zamanda onlar barədə aydın şəkildə məlumat verməyə bacarmalıdır. Bu səbəbdən onların təlim proqramı daha çox saata nəzərdə tutulub”, - deyə CLAAS şirkətinin Almaniyadakı Mərkəzi akademiyasından olan usta-məşqçi Sergey Butov qeyd etdi.

 

 

 

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.