az ruZəng mərkəzi
*3131

Kənd təsərrüfatı texnikasının lideri Helmut Claas vəfat etdi

08/01/2021

Yanvarın 5-i 2021-ci ildə CLAAS konsernində uzun müddət İcraçı direktor vəzifəsində çalışan, Müşahidə Şurasının və Səhmdar Cəmiyyətinin sədri Helmut Claas 94 yaşında vəfat etdi.

Helmut Claasın vəfatı hər kəs üçün böyük itki oldu. Onun yasını ailəsi və qohumları ilə yanaşı, dünyadakı 11 mindən çox işçisi də saxlayır. Həmçinin, Helmut Claasın vəfatıyla bütün Avropa çox əhəmiyyətli iş adamını itirmiş oldu.

Helmut Claas 1926-cı ildə Harsevinkeldə anadan olub. Onun valideynləri Avqust və Paula Claas təxminən 100 nəfərdən ibarət işçi qüvvəsi olan kənd təsərrüfatı texnikası istehsal edən kiçik ailə şirkətini idarə edirdilər. O, məktəbi bitirdikdən sonra çilingər-montajçı ixtisasına yiyələndi. Metal emalı firmalarında praktiki təcrübə qazandı. Parisdə kənd təsərrüfatı ixtisasını tamamladıqdan sonra, hal-hazırda CLAAS France SAS kimi fəaliyyət göstərən CLAAS-ın Fransa distribyutorluğunun planlaşdırılmasını və qurulmasını öz üzərinə götürdü. 1958-ci ildə valideynlərinin Harsevinkeldəki ailə şirkətinə qatıldı. Burada əvvəlcə öz ixtisası üzrə - mühəndislik sahəsinə işə başladı.

1962-ci ildə İcraçı direktor vəzifəsinə təyin olundu. Helmut Claas, 1978-ci ildə, şirkət ümumi ortaqlıq olaraq yenidən qurulduqda Şəxsi Məsuliyyət daşıyan Tərəfdaş vəzifəsini qəbul etdi. 1996-cı ildə şirkətin səhmdar cəmiyyətinə keçdikdən sonra, o, İcraçı Direktor vəzifəsindən Müşahidə Şurasının və Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə keçdi.

O, hər zaman innovativ məhsulların inkişafına və kütləvi iqtisadi istehsala xüsusi diqqət ayırırdı. Öz dövrünün ən uğurlu taxıl biçən kombaynı DOMINATOR modelindən sonra bu gün, dünyanın ən məhsuldar kombaynı hesab olunan LEXION tamamilə yeni bir dizaynda meydana gəldi.

Bundan başqa, silosbiçən JAGUAR kombaynı və irihəcmli XERION traktoru müəllifi Helmut Claasın rəhbərliyi altında hazırlanmışdır.

2003-cü ildə şirkətin gələcəyi istiqamətində əhəmiyyətli bir addım atmağı bacardı: Claas Fransadakı Renault Agriculture şirkətinin traktor biznesini tamamilə ələ keçirdi. Digər tərəfdən də, beynəlxalq əlaqələr Rusiya, ABŞ və Çində istehsal sahələrinin yaradılması və genişləndirilməsi yolu ilə inkişaf etməyə davam etmişdir.

Macarıstan, İngiltərə, Bolqarıstan və Almaniyada dörd beynəlxalq səviyyədə tanınmış universitetlər Helmut Claasa fəxri doktor adını verdi. 2000-ci ildə Stuttgart-Hohenheim Universitetindən “Kənd Təsərrüfatı Elmləri Doktoru” fəxri adına layiq görüldü. Məhz bu universitet 2004-cü ildə onu Fəxri Senator təyin etdi.

2009-cu ilin iyun ayında Moskvadakı Qoryaçkin Universiteti onu Fəxri professor adı ilə təltif etmişdir. Bundan başqa, 2009-cu ildə Helmut Claas, Fransa-Alman əməkdaşlığında olaraq göstərdiyi səylərə görə Fransız Fəxri Legionunun Cəngavəri adına layiq görülmüşdür. 2013-cü ilin noyabrında Helmut Claas nəhayət, Amerika Avadanlıq İstehsalçıları Şöhrət Zalına (AEM) daxil oldu. Ən mühüm hadisə isə, 2017-ci ildə Alman İxtiralar İnstitutu tərəfindən Dizel medalının verilməsi oldu.

Almaniyanın doğma şəhəri Harsevinkelin fəxri vətəndaşı olaraq, BadenVürtemberqin Alman dövlət şərəf medalı kimi şəxsi mükafatlar, eləcə də Fransız Kənd Təsərrüfatı Nazirinin şərəf orderi onun həyatını əhatələyib.

Helmut Claas ilk növbədə əkinçi idi. Böyük Britaniyanın Şərqi Angliyasında bir təsərrüfat işlədirdi və tez-tez orada həyat yoldaşı Erika ilə qalırdı. Qonşuluqda olan fermerlərlə əlaqə qurmağı xoşlayırdı və kənd təsərrüfatı şirkətləri ilə əlaqəli mövzularla yaxından maraqlanırdı. Onun həmçinin ovçuluğa da həvəsi var idi.

Gələcək nəsil artıq CLAAS Qrupunun idarəçiliyini öz üzərinə götürdüyü üçün ailə biznesinin davamlı inkişafının qayğısına qalırdı. Nəticə etibarilə, bu gün onun qızı Katerina Claas-Mühlhäuser qərarların qəbulunu və şirkətlərin uğurlu inkişafını idarə edir.

Helmut Claasın ölümü, kənd təsərrüfatı texnikası dünyasında böyük bir boşluq yaratdı. Ailəsi, bütün səhmdarları, İdarə Heyəti Qrupu və işçi heyəti böyük bir şəxsiyyətin bu dünyadan köçməsindən çox kədərlənir və onun istədiyi kimi CLAAS Qrupunu inkişaf etdirməyə davam edəcəklər.

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.