az ru Zəng mərkəzi
*3131

Almaniyanın "CLAAS" konserni Azərbaycanı təbrik edir

09/11/2020

Almaniyanın kənd təsərrüfatı sahəsinin aparıcı markası hesab edilən CLAAS şirkətinin Azərbaycan nümayəndəliyi 9 noyabr Dövlət  Bayrağı və Şuşa şəhərinin işğaldan azad edilməsi günü münasibətiylə Bakı şəhərinin mərkəzində Bayraq Aksiyası keçirib.

Aksiya zamanı şəhər sakinlərinə Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında məlumatların əks edildiyi flayerlər, əl bayraqları və Azərbaycan bayrağının əks edildiyi döş nişanları hədiyyə edilib.

Bakının ən möhtəşəm məkanlarından olan Olimpiya Stadionunda isə CLAAS konserninə məxsus Nexos bağ traktorlarının nümayişini keçirib. Kənd təsərrüfatı sahəsində şirkətimiz tərəfindən ilk dəfə keçirilən bu cür nümayiş həm xalqımızın, həm də xarici qonaqların böyük marağına səbəb olub.

Qeyd edək ki, Claas şirkətinin Azərbaycan nümayəndəliyi daim ölkəmizin milli maraqlarına öz töhvəsini verir. Bundan öncə şirkət Azərbaycan Silahlı Qüvvələri Yardım Fonduna 25 min manat pul köçürüb.

Sentyabrın 27-dən etibarən mütəmadi olaraq gündəlik əsaslarla Azərbaycan ordusuna və döyüş bölgəsi ərzasində yerləşən kəndlərə müxtəlif yardımlar göstərib. Eləcə də Almaniyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşan ekspertlərinin iştirakı ilə işğaldan azad edilən vətən torpaqlarının əkin prosesinə hazırlılığı sahəsində layihələrin müzakirəsinə start verib. Claas şirkətinin Azərbaycan nümayəndəliyi böyük qürur hissi ilə, işğaldan azad edilən ərazilərdə müasir aqrar sektorun qurulmasında bütün texniki və digər resursları ilə aktiv rol oynayacaq.

Qarabağ Azərbaycandır! Qələbə Bizimlədir!

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.