az ru Zəng mərkəzi
*3131

“4S” MMC-nin Kürdəmirdə yeni səpin texnologiyası

16/10/2019

Payız səpininin başlanması münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı və “4S” şirkətinin dəstəyi ilə Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin (RAEIM) əkin sahəsində “Səpin Günü” tarla nümayişi keçirilib.

Tarla nümayişi Kürdəmir RAEİM-in Gəris-Əyribənd kəndi ərazisindəki əkin sahəsində baş tutub. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, yerli icra hakimiyyəti, şirkət əməkdaşları, fermerlər və digər istehsalçılar iştirak ediblər.

“Səpin Günü”nün keçirilməsində məqsəd istehsalçıları və əlaqədar təşkilat nümayəndələrini səpin texnologiyaları sahəsində ən son innovasiyalarla tanış etməkdir.

Tədbir təşkilatçıları fermerlərin diqqətinə çatdırıb ki, son illər Aran bölgəsindəki əkin dövriyyəsində olan torpaqların düzgün şumlanmaması, hamarlama və digər vacib işlərin görülməməsi nəticəsində torpaqların meliorativ vəziyyəti kəskin şəkildə pisləşib. Qurunt suları səthə çıxaraq torpaqların strukturunun pozulmasına səbəb olub. Kənd təsərrüfatı istehsalçıları göstərilən aqrotexniki qulluq işlərini vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirməklə yüksək taxıl məhsulunun əldə edilməsinə nail ola bilərlər.

Tədbirə cəlb olunan fermerlər əyani şəkildə torpaqbecərmə texnikasının iş prosesini və müasir texnikaların tətbiqini yaxından izləyiblər. Digər texniki avadanlıqlarla müqayisəli şəkildə aparılan səpin erkən yazda biçin vaxtı öz bəhrəsini verəcək. Səpində Avropanın yüksək reproduksiyalı və keyfiyyətli toxumlarından (buğda, arpa) istifadə olunub ki, bu da məhsuldarlığın bol olacağına zəmanət verir.

Daha sonra Almaniyadan gətirilmiş ən müasir texnika və avadanlıqlar vasitəsi ilə ağır struktura malik olan torpaqların şumlanaraq hamarlanması həyata keçirilib və səpin aparılıb. Torpaqların düzgün şumlanması, hamar vəziyyətə gətirilməsi, effektiv gübrələmə və səpinin aparılması prosesi nümayiş etdirilib. Yeni səpin texnologiyası ilə bağlı fermerləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin Almaniyanın “Claas” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “4S” şirkəti ilə əməkdaşlığı nəticəsində 10 hektardan ibarət təcrübə-nümayiş sahəsi yaradılıb. Bu sahədə ilboyu bölgə fermerlərinin maarifləndirilməsi həyata keçiriləcək.

Nümayiş zamanı səpin üçün cəlb olunan Avropanın ən qabaqcıl texnikaları: CLAAS NEXOS 230 VL, AXION 820 traktorları, AMAZONE D 9, LEMKEN Solitair 12 toxumsəpəni, AMAZONE ZA-M 1501 gübrəsəpələyicisi və LEMKEN Rubin 9 disk hamarlayıcısı (mala).

• Tapşırıqların öhdəsindən asanlıqla gələn NEXOS 230 VL traktorunun gücü 101 a.g, eni 1.26 m-dir. İstifadəsi asan və istənlən tapşırıq üçün uyğundur.
• AXION 820 traktoru qeyri-adi qaldırıcı qüvvəsi ilə yanaşı geniş çeşidli tətbiqlər üçün ideal bir seçimdir. Max. gücü 232 a.g., arxa sürətdə maksimal yük qabiliyyəti 9460 kq-dır.
• AMAZONE ZA-M 1501 gübrəsəpələyicisinin paylayıcı diskləri, paylayıcı kürəkləri, qoruyucu təbəqə və bütün vacib detalları paslanmayan poladdan olduğu üçün konstruksiyası möhkəm və etibarlıdır. Gübrəyə qənaət etməklə yanaşı daha böyük işlənmə sahəsini əhatə edir.
• AMAZONE D 9 toxumsəpələyicisi toxumu lazımi miqdarda və lazımi dərinliyə yerləşdirə bilir. 2.5 -3 m eninə malik D9 Special modeli orta və kiçik təsərrüfatlar üçün, eni 3, 3.5, 4 və 6 m olan bu toxumsəpənlər isə orta və iri təsərrüfatlar üçün uyğundur.
• Tutma eni 8-12 m təşkil edən LEMKEN Solitair 12 toxumsəpəni ən yüksək məhsuldarlığı və qənaəti ilə xarakterizə olunur. İri şinlər torpaqda ehtiyyatlı istismarı və ümumi yollarda təhlükəsiz daşımanı təmin edir.
• LEMKEN Rubin 9 disk hamarlayıcısı (mala) ilə sürətli və asan şəkildə torpağın səthinə görə tarazlığı nizamlamaq mümkündür. Rütubətin saxlanmasına kömək olan Rubin 9 yüksək iş sürətlərində kiçik dərinlikdə bütov kövşənin işlənməsi üçün ən uyğun alətdir.

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.