az ru Zəng mərkəzi
*3131

Qubada Alma bayramı

14/10/2019

Oktyabrın 12-də Qubada “Alma bayramı” keçirilib. 20 minə yaxın insanın iştirak etdiyi bu bayram şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunub.

Tədbirə Dövlət Turizm Agentliyinin sədri, Milli Məclisin deputatları, bir sıra nazirliklərin vəzifəli şəxsləri, xarici ölkələrin nümayəndələri, yerli iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılıb.

“Alma bayramı”nın keçirilməsi milli adət-ənənələrimizin tanıdılması, turizmin inkişafı, alma istehsalının təşviqi və almanın ixrac potensialının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bayram mərasimində almadan fərqli kompozisiyalar, müxtəlif alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib.

Dövlətimizinin diqqət və qayğısı nəticəsində respublikamızda kənd təsərrüfatının bütün istiqamətlərində, o cümlədən, meyvəçilikdə dinamik inkişaf var. Sahibkarlar və fermerlərə yaradılan şərait Qubada yeni salınan meyvə bağlarının sahəsinin daha da genişlənməsinə səbəb olub. Hazırda Quba rayonunda ümumilikdə 17 min hektardan çox meyvə bağı mövcuddur. Bunun 13 min hektardan çoxunu alma bağları təşkil edir. Hər il rayonun alma bağlarından 100 min tondan çox alma toplanılır. Məhsulun yetişdirilməsi, qorunması və toplanması texniki avadanlıqlardan asılıdır.

Təşkil olunan sərgidə yerli və xarici şirkətlər öz məhsullarını bayram iştirakçılarına təqdim ediblər, eyni zamanda da bu məhsullar haqqında qısa məlumat veriblər.

Şirkətimizin sərgilədiyi ən son innovativ texnikalar qonaqların böyük diqqətinə səbəb olub. Sərgidə təqdim etdiyimiz məhsullar bağ üçün əvəzsiz olan Almaniyanın CLAAS şirkətinin NEXOS 240 traktoru və İspaniya istehsalı olan ID-DAVID kultivatoru olub.

NEXOS 240 traktoru kiçik (eni 1m-dən başlayan) olsa da, lakin çox güclüdür (101 a.g. qədər). Təkmilləşdirilmiş konfiqurasiyalı ID-DAVID kultivatoru ilə bağları və üzümlükləri alaq otlardan sürətli və tam şəkildə təmizləmək mümkündür.

Keyfiyyət və kəmiyyətə müsbət təsir göstərən bu kənd təsərrüfatı avadanlıqları hər bir fermerin işini yüngülləşdirmək üçün nəzərdə tutulub.

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.