az ru Zəng mərkəzi
*3131

Bakıda servis mərkəzinin açılışı

22/11/2018

22 noyabr 2018-ci ildə dünya miqyaslı kənd təsərrüfatı texnikası istehsalçısı olan “CLAAS”-ın rəsmi tərəfdaşı “4S” şirkətinin servis mərkəzi Bakıda öz müştəriləri və tərəfdaşları üçün qapılarını açmışdır. Bu mərkəz kənd təsərrüfatı müəssisələrinin və fermerlərin tələbatlarını operativ təmin etməyə imkan verəcək və yeni iş yerlərinin yaradılması ilə əhalinin məşğulluğunu təmin edəcək. 800 kv.m. qədər sahəsi olan Yeni Mərkəz ən müasir diaqnostika və servis avadanlığı ilə təchiz edilib. Mərkəzin strukturunda, inzibati kompleksdən əlavə, müştəriləri bütün lazımi komplektləşdiricilərlə operativ təmin etməyə imkan verən geniş anbar, müştərilər üçün rahat gözləmə və istirahət zonası, servis xidməti və təmir zonası, həmçinin tək-tək texnikaların satış üçün təqdim edildiyi açıq sərgi pavilyonu nəzərdə tutulmuşdur. Müştərilərə “CLAAS” texnikasının əldə edilməsi, onunla işləmə qaydasının öyrədilməsi, həmçinin onun diaqnostikası, xidməti və təmiri üzrə bütün xidmətlər təklif ediləcək. Qeyd edək ki, servis xidməti məhsul yığımı mövsümündə gecə-gündüz və həftədə yeddi gün işləyəcək.      

 

Təntənəli açılış mərasimində “CLAAS Group”un rəsmi şəxsləri olan satış üzrə baş icraçı direktor və şirkətin İdarə Heyətinin üzvü cənab Bernd Lyudviq, şirkətin ixrac üzrə regional meneceri Vasiliy Zayder, həmçinin şirkətin geniş şəbəkəsinin digər diler mərkəzlərinin rəhbər və menecerləri, aqrar sahə üzrə ekspertlər, şirkətin tərəfdaş və dostları iştirak etmişdir.   


 

- Hamıya məlum olduğu kimi, qeyri-neft sektorunun inkişafı Azərbaycanın prezidenti cənab İlham Əliyev tərəfindən yeni prioritet istiqamət elan edilmişdir, - deyə “4S” şirkətinin rəhbəri Elxan Ələkpərov öz təbrik nitqində qeyd etmişdir. – Azərbaycanda kənd təsərrüfatının innovativ inkişafına dəstək məqsədilə lazımi addımlar atılır. Bununla əlaqədar olaraq yerli fermerlər üçün “CLAAS” texnologiyalarından istifadə aqrar sektorda keyfiyyətli dəyişikliklərə səbəb olur. Artıq bir neçə ildir ki, Azərbaycanda “CLAAS” şirkətinin texnikası və servis xidmətlərinin fəaliyyəti bütün xidmətləri və məhsulları bir yerə cəmləşdirən vahid Mərkəzin açılışını zəruri etmişdir. İnanırıq ki, “CLAAS” şirkətinin Bakı nümayəndəliyi yalnız bizim ölkəmizin deyil, ümumilikdə bütün regionun xeyrinə xidmətlər göstrəcək.     

“CLAAS Group” şirkətinin satış üzrə icraçı direktoru və idarə heyətinin üzvü cənab Bernd Lyudviq öz nitqində nümayəndəsi olduğu şirkət üçün Azərbaycan bazarının uzun illər mövcud olan yüksək prioritetliyini qeyd etmişdir.


- Azərbaycanın əlverişli geostrateji mövqeyi ona regional mərkəzə çevrilmək imkanını verir. Yalnız texnikanın fermerlərə satışı kifayət deyil, zəruri inkişaf şərtlərini həmçinin onların hazırlıq keyfiyyətinin artırılması, bacarıq və biliklər üzərində işləməsi təşkil edir. Çünki onlar məhsullarımız barədə lazımi biliklərə sahib olmasalar onları effektiv istifadə edə bilməyəcəklər, - deyə cənab Bernd Lyudviq qeyd etdi.   


“CLAAS” şirkətinin ixrac üzrə regional meneceri cənab Vasiliy Zayder öz nitqində şirkətin Bakı Mərkəzinin əhəmiyyətinə toxundu. O, qeyd etdi ki, post-satış (satışdan sonrakı) xidmətlərin təklifi Azərbaycan fermerlərinin kənd təsərrüfatı məhsullarının istehsalından maksimum faydanın alınması üçün lazımi şərait yaradacaq.

Təbrik sözlərindən və lent kəsiləndən sonra “CLAAS Group” və onun Azərbaycanda servis tərəfdaşı olan “4S” şirkəti arasında, Azərbaycanda kənd təsərrüfatı üzrə baza prinsiplərindən tutmuş innovativ prinsiplərə qədər təlim keçmək imkanının yaradılması məqsədilə Aqro Akademiyanın yaradılması haqqında protokol imzalanmışdır. 

Daha sonra qonaqlar yeni servis Mərkəzinə göz gəzdirdilər, anbarın və servis zonasının yüksək səviyyəli təchizatını, həmçinin müştəri zonasının rahatlığını qiymətlədirdilər, orada təqdim edilmiş “CLAAS” texnikası ilə tanış oldular.


Xatırladaq ki, “CLAAS” şirkəti – Avropanın aparıcı kənd təsərrüfatı texnikasının istehsalçısıdır. “CLAAS” şirkəti maksimal qısa müddətdə və ən yüksək keyfiyyətlə müştərilərin texnikanın yüksək səviyyəli servisi və xidməti ilə təmin olunmasını vacib hesab edir. 

“CLAAS”ın bütün tərəfdaşları regiondan və olduqları ölkədən asılı olmayaraq bütün konsern üçün vahid olan, Servis mərkəzlərinin ərazisi, təchizatı və fəaliyyəti üzrə standarta əməl edir. Bu tələblər “CLAAS”ın tərəfdaşı olan bütün şirkətlər üçün, həm Azərbaycanda, həm də digər ölkələrdə eynidir. Bütün servis personalı “CLAAS” texnikasının zəmanətli və servis müşayiəti üzrə qarşıda qoyulmuş vəzifələri yerinə yetirməyə imkan verən lazımi təlim keçir. Bundan başqa, vahid standartın qüvvədə olması onu göstərir ki, “CLAAS”ın bütün tərəfdaşları şirkətlə birlikdə inkişaf etməli və ən yeni məhsul və texnologiyaları mənimsəməklə onları bütün dünyada fermerlər üçün bərabər əlverişli etməlidir.    

“CLAAS”ın Azərbaycanda rəsmi servis tərəfdaşı olan “4S” şirkəti 2017-ci ilin oktyabrında təsis edilmişdir. Bu gün “4S” şirkəti Azərbaycan fermerlərinə alman firmasının məhsullarının bütün çeşidlərini təklif edir. 

 

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.