az ru Zəng mərkəzi
*3131

Şirkət

 

“4S” ― özündə 4 əsas istiqaməti:  Sales, Services,Spare PartsSolutionsbirləşdirən dinamik inkişaf edən şirkətdir

“4S” şirkəti 2017-ci ildə yaradılmışdır və olduqca qısa zaman ərzində idxal edilən kənd təsərrüfatı texnikası təchizatçılarının Azərbaycan bazarının ən əzmli oyunçularından birinə çevrilmişdir. Biz ən tələbkar zövqü qane edəcək və respublikamızın əkinçilik təsərrüfatlarının müxtəlif tələbatlarını təmin edə biləcək kənd təsərrüfatı texnikası və avadanlığını təchiz edirik.  Şirkətimiz kənd təsərrüfatının inkişaf və müasirləşmə dinamikasını, həmçinin keyfiyyətli və məhsuldar kənd təsərrüfatı texnikasına artan tələbatı nəzərə alaraq, ən iri xarici istehsalçı şirkətlərlə əməkdaşlıq edir.  “4S” şirkəti 2017-ci ilin noyabrından etibarən Almaniyanın ən böyük konserni olan CLAAS tərəfindən Azərbaycan ərazisində servis tərəfdaşı təyin edilmişdir.   

2018-ci ilin may ayında “4S” şirkəti ilk dəfə “Caspian Agro” sərgisində iştirak etmişdir. Həmin sərgidə onun nümayiş etdirdiyi CLAAS şirkətinin məhsulları sahibkarlar, fermerlər, həmçinin sahə peşəkarları – texnoloq, aqronom və digərləri tərəfindən böyük maraqla qarşılanmışdır. 

Hal-hazırda respublika ərazisində şəxsi ehtiyat hissələri anbarlarına, müasir təmir bazasına və mobil mühəndis briqadalarına malik olan bir neçə nümayəndəlik və servis məntəqələri fəaliyyət göstərir.

Şirkətimiz tərəfindən təchiz edilən məhsulların istehsalçıları sırasında CLAAS (Almaniya) ilə bərabər, bir çox digər dünya miqyasında məşhur brendlər – LEMKEN (Almaniya), AMAZONE (Almaniya), LINDSAY (ABŞ), GRIMME (Almaniya), ID-DAVID (İspaniya), SILOKING (Almaniya), MORO ARATRI (İtaliya), JOSKIN (Danimarka), TMC CANCELA (İspaniya) və digər kənd təsərrüfatı avadanlığı istehsalçıları da yer almışdır.