az ru Zəng mərkəzi
*3131

LINDSAY Nasos sistemləri

Suallarınız var?

Mütəxəssislərimiz sizə ən optimal avadanlıq konfiqurasiyası və maliyyə sxemini seçməyə kömək edəcəklər.

Загрузки

Nasos sistemləri

Watertronics şirkəti (Lindsay bölməsi) kənd təsərrüfatı üçün nasos sistemlərinin istehsalı və xidmət göstərilməsi, idman qazonlarının və qolf oyunu üçün meydançaların, landşaft işlərinin və bələdiyyə içməli su təchizatının təşkili sahəsində liderdir. Bundan başqa, Watertronics şirkəti dizayn və idarəetmə sistemlərinin innovasiyaları sahəsində liderdir və  çay hidroloji stansiyalarından, suvarma rezervuarlarından, kanal və nohurlardan suyun sistemli şəkildə verilməsinə imkan verən tam komplektləşdirilmiş inteqrasiya olunan nasos stansiyalarını təklif edir.


Əsas üstünlükləri

  • Bərabər şəkildə suvarma və sistematik su verilişi hesabına məhsuldarlığın artırılması
  • Dırhal enerjiyə qənaət
  • İnvestisiyaların rentabelliyinin artırılması: su və enerji xərclərinə 25%-dək qənaət
  • Etibarlılığın artırılması: sifarişçiyə göndərilməzdən əvvəl hər bir nasos stansiyası istehsal yerində sınaqdan keçir
  • Stansiyalar yığılmış şəkildə göndərilir, bu da quraşdırma vaxtına və xərclərinə qənaət etməyə imkan verir


Əsas xarakteristikaları

Hər bir nasos stansiyası sifarişçinin tələbatına və sahə şəraitinə uyğun qurulur.

 

  • Tezlikli-tənzimlənən ötürücülərə (TTÖ) malik nasoslar təzyiqin optimal surətdə tənzimlənməsini təmin edir, bu da enerjidən səmərəli istifadəyə imkan verir.
  • Elektron drossel klapanı (ADK) təzyiqi tənzimləyir və nasosların həddindən artıq yüklənməsinin qarşısını alır.
  • Vision III sensorlu virtual idarəetmə sistemindən istifadə üçün xüsusi təlimatların əzbərlənməsi tələb olunmur, belə ki, o, eynilə Windows üçün proqram təminatına oxşayır və eyni şəkildə istifadə edilir. Məlumatların əks etdirilməsi üçün ingilis və metrik ölçü sistemlərindən istifadə olunur. 
  • Sifarişçinin istəyinə görə nasos sisteminin idarəetmə vasitələrinə gübrələmə suvarması üçün inteqrasiya olunan avadanlıq əlavə olunur, bu da sazlama, kalibrləmə, monitorinq və idarəetmə proseduralarını asanlıqla yerinə yetirməyə imkan verir.

Watertronics nasos stansiyalarının FieldNET suvarmanı simsiz idarəetmə sistemi ilə birlikdə istifadəsi aşağıdakı əlavə üstünlükləri təmin edir.

  • Sistemlərin real zamanda idarə edilməsi imkanı vaxta qənaət etməyə və əmək sərfini azaltmağa imkan verir, sahələrə getmək zərurətini azaldır.
  • Nasosların və dairəvi sistemlərin quraşdırılmış idarəetmə sistemləri sistemin effektivliyini artırır.
  • Sistemin köməyi ilə məhsuldarlığın artırılması məqsədilə hər bir nasosun monitorinqinin və texniki xidmətin həyata keçirilməsi mümkündür.
  • Sistem real zaman rejimində avtomatik olaraq istifadəçinin mobil telefonuna hər hansı pozuntu haqqında məlumat göndərir.
  • Dinamik tələbata nəzarət (DTN) funksiyası təzyiq yoxlama nöqtələrindən istifadə etməklə enerjiyə qənaəti maksimuma çatdırır.
  • Gücün və elektrik enerjisinin dəqiq ölçülməsi (kVt və kVt/saat ilə) və sistemin işinə qüsursuz nəzarət üçün müasir güc ölçən cihazdan istifadə etmək olar.
  • Sistem idarəetmə metodlarının optimallaşdırılmasına kömək edən hesabatları tərtib etməyə imkan verir.
  • İnterfeys dili kimi rus dilindən istifadə oluna bilər.

 

 

Sualınız var?

Zəng mərkəzi: *3131

Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.

Sorğunuzu emal edərkən xəta baş verdi

Zəhmət olmasa, sorğunuzu bir müddət sonra yenidən təkrarlayın. Narahatlığa görə üzr istəyirik.

Sorğunuz göndərildi.