Orijinal. JAGUAR. Silosbiçən kombayn.
Material axının unikal konsepsiyası, taxmaların yeni mexanizmi, Corncracker taxıl xırdalayıcısının geniş dişcik seçimi və 884 a.g. sizə yüksək performans vəd edir
«4S» şirkəti 2017-ci ildə təsis edilmiş və qısa müddət ərzində kənd təsərrüfatı texnikasının idxalçıları arasında özünəməxsus yer tuta bilmişdir. Biz respublikamızın ərazisındəki böyük və kiçik fermerliklərinin ən yüksək tələblərini cavablandıra biləcək texnika və avadanlıq idxal edirik. Kənd təsərrüfatının inkişaf və modernləşmə dinamikasını, həmçinin keyfiyyətli və produktiv kənd təsərrüfatı texnikasına olan artmış tələbatı nəzərə alaraq şirkətimiz ən iri xarici istehsalçı şirkətlərlə əməkdaşlıq edir. 2017-ci ilin noyabrından «4S» şirkəti Almaniyanın ən iri konsernlərindən biri olan CLAAS tərəfindən özünün Azərbaycandakı servis tərəfdaşı təyin edilmişdir.
2018-ci ilin mayında «4S» şirkəti «Caspian Agro» sərgisində debüt iştirakını etmiş, burada da sərgilədiyi CLAAS şirkətinin məhsulları ilə sahibkarların, fermerlərin, həmçinin sahənin mütəxəssislərinin – texnoloqların, aqronomların və s. böyük diqqətinə səbəb olmuşdur.
Hazırda respublika ərazisində bir neçə təmsilçiliyimiz və ehtiyat hissələri anbarı, müasir təmir və servis bazası və mobil mühəndis briqadaları olan servis mərkəzimiz var.
Sadəcə bizə zəng yaxud sorğunuzu göndərin. Menecerlərimiz ən qısa zamanda Sizinlə əlaqə saxlayıb, Sizi maraqlandıran bütün məsələlərlə bağlı məlumat verəcəklər.
“İnvestel Group” MMC- nin nümayəndəsi
Şirkətiniz tərəfindən bizə göstərilən servis xidmətindən cox məmnunuq. Sizin mütəxəsisləriniz səmimi və vəzifələrini səmərəli şəkildə yerinə yetirirlər. Şirkətimizə “4S” MMC tərəfindən göstərilən xidmətlə bağlı hər hansı şikayyət və narazıçıligımız olmadığını bildırmək istəyirik. Müvəffəqiyyətlər arzu edirik.
“Buta Agro” MMC – nin nümayəndəsi
Şirkətimiz adınnan “4S” MMC – nin servis işçilərinə təşəkkürümüzü bildirmək istəyirik. “4S” MMC – nin göstərdiyi xidmətdən cox məmnunuq. Çox peşəkar ustalara sahibsizniz, gecikmədən və yüksək səviyyədə vəzifələrini yerinə yetirirlər. Xidmətin və ya işçilərin işinə dair heç bir şikayətimiz yoxdur.
Fermer
Xidmətiniz barədə nə deyə bilərəm? Bildirmək istəyirəm ki, xidmətinizdən yalnız bir dəfə istifadə etmişəm və göstərilən xidmətdən çox razı qalmışam. İşçiləriniz müraciyətimə çox qısa bir zamanda cavab verərək traktorumda yaranan problemi peşəkarcasına aradan qaldırdilar. İşçilərinizə təşəkkür edirəm.